SkyPort HAQQINDA


SAZZ 4G INTERNETDƏN SANIYƏDƏ 100 MEQABITLIK SIMSIZ AYRILMIŞ XƏTT
 

Sazz 4G provayderi İnternetə yüksək sabit sürətlə çıxışı təmin edən ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb. SkyPort adı ilə təqdim olunan bu məhsul müasir 4G texnologiyaları ilə dəstəklənir və bir sıra mühüm üstünlükərə malikdir. Belə ki,  SkyPort məhsulu abunəçilərə saniyədə 10 meqabitdən başlayan və 100 meqabitə qədər təyin oluna bilən sabit ötürmə sürəti ilə təqdim olunur.

Bu məhsul Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Xidmətin daha bir üstünlüyü onun daşınabilən olmasıdır. Gələcəkdə ünvan dəyişikliyi baş verdikdə abunəçi SkyPort avadanlığının yeni mövqeyə keçirilməsi üçün müraciət edə bilər. SkyPort həmçinin məlumatların təhlükəsizliyi baxımından da tam arxayınlıq verir.

SkyPort ayrılmış simsiz internet xətti həm əsas, həm də ehtiyat (back-up) xətti kimi istifadə oluna bilər.Yeni məhsulun əsasən hüquqi şəxslər üçün nəzərdə tutulduğuna baxmayaraq ondan fiziki şəxslər faydalana biləcəklər. 


SkyPort məhsulu barədə ətraflı məlumatı Sazz 4G provayderinin 191 qaynar xəttindən və ya  (+99450) 291 90 68 nömrəsindən əldə etmək mümkündür.