DƏSTƏK
 
FAQ


Sazz 4G internetə necə qoşulmaq olar?

 

Sazz 4G İnternet xidmətlərinə Süleyman Rüstəm 17B ünvanındakı Baş ofisimizdə, Sazzın satış nöqtələri və müştəri xidmətlərində qoşulmaq olar. Qeydiyyatdan keçəndən dərhal sonra Sazz 4G İnternet abunəçisi olursunuz.

 

SAZZ 4G  hansı istiqamərtlərində tutur?

 

Bakı şəhəri, Abşeronun yarımadasının böyük bir qismi, həmçinin Xırdaılan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara, Masallı, şəhərləri Sazz G 4İnternet provayderinin əhatə dairəsinə daxildir

 

Bir loginlə bir neçə modemdən qoşulmaq mümkündürmü?

 

Bir loginlə eyni anda bir neçə modemdən internetə sadəcə növbə ilə qoşulmaq mümkündür. Bir modem qoşulduqda, digəri qoşula bilməyəcək.

 

Şifrəni necə dəyişmək olar?

 

Şifrəni Baş ofisdə, Sazz müştəri xidmətləri ofsilərində və vcc.sazz.az səhifəsində şəxsi kabinetə daxil olaraq dəyişdirmək olar.

 

Ödənişi necə etmək olar?

 

Ödənişi aşağıda göstərilən üsullarla etmək olar:

-      Baş ofisdə

-      Sazz Müştəri Xidmətlərinin ofisində

-      vcc.sazz.az səhifəsində şəxsi kabinetə daxil olaraq ödəniş edə bilərsiniz

-      Beynalxalq bankın filiallarında
-      Kassam.az saytı vasitəsi ilə   
-      ATM (Bankomat) vasitəsi ilə 


 

Online ödəniş necə həyata keçirilir?

 

Online ödəmə üçün Sazz-ın rəsmi İnternet səhifəsindəki "Şəxsi kabinet"ə daxil olursunuz. Sonra Ödənişlər bölümündəki Pay Online düyməsini seçərək ödəniş edirsiz.

 

Qoşulmaq üçün telefon xəttinin olması vacibdirmi?

 

XeyrSazz WIMAX şəbəkəsinə qoşulmaq üçün telefon xəttinə ehtiyac yoxdur.
 

 

Sazz modemləri ilə WiFi şəbəkəsi yaratmaq mümkündürmü?

 

Bəli, stasionar modem vasitəsi ilə mümkündür.

 

Sazz 4G  abunəçisi olmaq üçün hansı sənədlər lazımdır?

 

Azərbaycan vətəndaşı olan fiziki şəxslər şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Həqiqi hərbi xidmətdə olan şəxslər hərbi biletlə müraciət edə bilərlər. Xarici vətəndaşlar rayon polis idarəsi və ya Dövlət Miqrasiya xidməti tərəfindən verilmiş müvəqqəti qeydiyyat sənədini təqdim etməlidirlər.

 

Şirkətin (Hüqüqi şəxsin) qoşulması üçün hansı sənədlər lazımdır?

 

- Ədliyyə və Vergilər Nazirliyindən verilmiş şəhadətnamələrin nüsxəsi

- Müqavilə imzalayan şirkət nümayəndəsinin adına verilmiş etibarnamə

- Müqavilə imzalayan şirkət nümayəndəsinin Şəxsiyyət vəsiqəsi

- Şirkətin möhürü və hesab rekvizitləri

 

Statik IP əldə etmək olar? (mən fiziki şəxsəm)

 

Xeyr, fiziki şəxslərə belə xidmət göstərilmir.

 


Cihazları və xidməti necə sınaqdan keçirmək olar?

 

Xidmətləri sınaqdan keçirmək üçün 5 günlük sınaq müddəti verilir. Sınaq üçün 200 MB trafik ayrılır. Trafik limiti və 5 günlük sınaq müddəti aşıldıqla abunə haqqı geri qaytarılmır.