WİMAX HAQQINDA


WiMAX (Worldwide Interoperability for Microwave Access) - İnternetə simsiz genişzolaqlı daxil olma texnologiyasıdır. WiMAX IEEE 802.16 standartına əsaslanır. WiMAX texnologiyasını 2001-ci ildə yaradılan beynəlxalq WiMAX Forum inkişaf etdirir. Bu gün həmin təşkilat özündə avadanlıq istehsalçıları, mobil rabitə və İnternet xidmətləri göstərən yüzlərlə şirkəti birləşdirir.WiMAX şəbəkələri iki cür daxil olma rejimində işləyir: mobil və təsbit olunmuş.
Mobil WIMAX istehlakçıya İnternetə həm təsbit olunmuş (alışdığımız ADSL-ə oxşar, lakin simsiz giriş) həm də əhatə zonası daxilində müxtəlif yerlərdən, hətta hərəkətdə olarkən belə (avtomobildə) İnternetə girişi təmin edir.
Son zamanlaradək Azərbaycanda yalnız təsbit olunmuş WiMAX şəbəkələri mövcud idi. Azərbaycanda ilk və ən iri Mobile WiMAX (standart IEEE 802.16e-2005) şəbəkəsi "AzQtel" şirkəti tərəfindən SAZZ 4G brendi altında həyata keçirilimyə başlayıb.

 

 

Mobile WiMAX nədir?


Mobile WiMAX istehlakçıya saniyədə 10 Mbit sürətə qədər yüksək sürətli limitsiz İnternetlə təmin edir. Bu, iri həcmli faylları yükləmək video çarxlara və ya televerilişlərə baxmaq, mobil rejimdə online oyunlarda iştirak etməyə imkan verir.
Wimax texnologiyası ilə şəbəkəyə daxil olmaq üçün naqillərə ehtiyac yoxdur - əhatə zonasında kompüteriniz və ya mobil telefonunuz özü şəbəkəni tapaçaq. Bu Wi-Fi-ya oxşar xidmətdir, lakin əhatə zonası ilə Wi-Fi-la müqayisə olunmazdır: Wi-Fi üçün bu, ofis və ya kafe miqayası ilə məhdudlaşdırılmış lokal şəbəkədirsə, Mobile WiMAX üçün bu, bütün şəhərdir!

 

 

Mobile WiMAX-ın dünyada inkişafı


İndi bütün dünyada Mobile WiMAX texnologiyası geniş şəkildə inkişaf etdirilir. WiMAX şəbəkələrinin yaradılmasında bir çox ölkələrdə müxtəlif layihələr mövcuddür. Bu texnologiya artıq istehlakçı kütləsinə yaxşı tanışdır. Çünki onlar bunu yüksək keyfiyyətli informasiya xidmətindəki yeniliklərdən biri kimi qəbul edirlər.
Texnologiyanın inkişafı bir neçə istiqamətlərdə aparılır. Rabitə operatorları telekommunikasiya şəbəkələri, avadanlıq istehsalçıları isə istifadəçilər üçün mobil qurğular yaradır: modem, noutbok, cib kompüterləri, telefon, daxilində Mobile WiMAX dəstəkləyən routerlər. Bu texniki avadanlıqların istehsalına artıq Samsung, Intel, ASUS, HTC, Lenovo kimi dünya liderləri başlamışlar. Artıq milli Mobile WiMAX şəbəkələri Rusiyada Yota, ABŞ-da Clear, Koreyada KT WiBro və Yaponiyada UQC-dur.
İri şəbəkələrin yaradılması, qurğular bazarının inkişafı və istehlakçı tələbinin formalaşdırılması domino effektinə gətirib çıxarır: formalaşmış mühit yeni şəbəkələrin açılması və yeni qurğuların bazara çıxarılmasını artıq sürətlə və asan həyata keçirməyə kömək edir.
Hazırda Mobile WiMAX-ın inkişafında növbəti addım testdən keçirmə statusunda olan yeni IEEE 802.16m standartlarının tətbiqindən ibarətdir. Bu standartların sayəsində istehlakçının qurğusuna informasiyanın saniyədə 100 Мbit/ sürətlə ötürülməsi mümkün olacaq. Bu standart hazırda işləyən IEEE 802.16e ilə dəstəklənir.