FƏRDİ
 
SkyPort HAQQINDA


 

SkyPort - İnternetə yüksək sabit sürətlə çıxış təmin edən ayrılmış simsiz xətt xidmətidir. Bu məhsul müasir 4G texnologiyaları ilə dəstəklənir və bir sıra mühüm üstünlükərə malikdir. Belə ki, SkyPort-istifadəçilərinə 10 Mbit/s-dən 300 Mbit/s-dək seçilən və hər iki istiqamətdə eyni olan sürət, statik İP-ünvan və təmamilə limitsiz trafik təqdim olunur. Bu məhsul SAZZ 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan, həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Xidmətin daha bir üstünlüyü onun daşınabilən olmasıdır. Gələcəkdə ünvan dəyişikliyi baş verdikdə, abunəçi SkyPort-avadanlığının yeni mövqeyə keçirilməsi üçün müraciət edə bilər. SkyPort İnternet xətti həm əsas, həm də ehtiyyat (back-up) xətti kimi istifadə oluna bilər və həmçinin məlumatların təhlükəsizliyi baxımından tam arxayınlıq verir. Məhsulun əsasən korporativ məqsədlər üçün nəzərdə tutulduğuna baxmayaraq, ondan fərdi istifadəçilər də faydalana biləcəklər.

 

SkyPort-məhsulu barədə daha ətraflı məlumat əldə etmək üçün, 191 nömrəli qaynar xəttimizə müraciət edə bilərsiniz.