Elan!
2024-04-01

Hörmətli abunəçi! Diqqətinizə çatdırırıq ki, “SAZZ” ticarət nişanı ilə tanınan “AzQtel” MMC tərəfindən “WiMAX” (“Worldwide Interoperability for Microwave Access”) texnologiyası əsasında simsiz internet xidmətlərinin göstərilməsi üçün istifadə olunan avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəldiyini, müasir tələblərə cavab vermədiyini və bu avadanlıqlara texniki qulluq xidmətlərinin olmamasını nəzərə alaraq Sizə göstərilən simsiz internet xidməti 30.04.2024-cü il tarixində ləğv olunacaqdır. Bu səbəbdən qeyd edilən tarixdən etibarən “WiMAX” simsiz internet xidmətinin göstərilməsinin mümkün olmayacağını bildirmək istəyirik.

“SAZZ”  brendi altında əhaliyə təqdim olunan digər xidmətlərlə bağlı hər hansı dəyişiklik yoxdur və şirkət tərəfindən müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsi ilə bağlı işlər davam etdirilir.