Qaydalar və şərtlər

1. Müqavilə tərəfinin dəyişdirilməsi
1.1. Müqavilə tərəfinin dəyişdirilməsi yalnız “Azqtel”  MMC-nin bundan sonra “Sazz” cari 
abunəçisinin və yeni abunəçinin və ya onların səlahiyyətli nümayəndələrinin bu
barədə əvvəlcədən verdiyi yazılı razılığı əsasında “Sazz” -in müvafiq prosedurlarına uyğun olaraq
mümkündür.
 
2. Tarif dəyişikliyi
 2.1. Tarif dəyişikliyi üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən
 sənədlə ”Sazz” -in xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya “Sazz” saytının dəstək
 bölməsi vasitəsilə müraciət edə bilər və əməliyyatın icrası “Sazz” -in daxili prosedurlarına uyğun
 olaraq mümkündür.
 
3. Ünvan dəyişikliyi
3.1. Əməliyyat ödənişsiz icra olunur.
3.2. Ünvan dəyişikliyi üçün növbəti ödəniş günündən 5 gün əvvəl abunəçi ”Sazz”in
əlaqə mərkəzinə, xidmət mərkəzlərinə və ya sosial şəbəkələrin idarəetmə qrupuna müraciət edərək
“Sazz” tərəfindən tələb olunan bütün zəruri məlumatları təqdim etməlidir (dəyişən ünvanlar,
abunəçinin istifadəsində “Sazz” tərəfindən təqdim edilmiş son avadanlıq olub-olmaması və sair).
3.3. Əməliyyatın icrası “Sazz”in daxili prosedurlarına uyğun olaraq icra olunur.
3.4. Abunəçinin cari ünvanında “Sazz” tərəfindən təqdim edilmiş son avadanlıq istifadə edilirsə,
abunəçi həmin son avadanlığı yeni ünvanda istifadə edə bilər.
4. Texniki dəstək
4.1 “Sazz” abunəçinin müraciətinə əsasən, xidmətdə yaranmış texniki problemlərin mümkün qısa 
müddət ərzində aradan qaldırılması üçün tədbirlər görür. Abunəçinin  xidmətlərdən istifadəsi ilə 
bağlı yaranmış texniki çətinlik birbaşa “Sazz”in fəaliyyətinin nəticəsində yaranarsa çağırış
 və tənzimləmə üçün ödəniş tələb olunmur.
4.2 Texniki dəstəyin göstərilməsi üçün istifadəçi “Sazz”in əlaqə mərkəzi, xidmət mərkəzləri və ya 
“Sazz” saytının dəstək bölməsi vasitəsilə müraciət edə bilər.
4.3 Texniki dəstəyin göstərilməsinə dair sifariş “Sazz” tərəfindən qəbul olunduqdan sonra aparılan 
araşdırma nəticəsində aşkar edilsə ki, texniki problem abunəçinin səhvi nəticəsində baş verib, 
texniki dəstəyin göstərilməsi məqsədilə texniki heyətin hər çağırışı üçün xidmət haqqı 5 (beş) manat 
təşkil edir.  
4.4. Abunəçinin kabel xəttində hər hansı səbəbdən qırılma və ya zədələnmə halları baş veribsə, 
xəttin bərpası üçün texniki heyətin hər çağırışı üçün xidmət haqqı 10 (on) manat təşkil edir.
4.5 “Sazz” tərəfindən abunəçinin istifadəsinə verilmiş son avadanlığın təmiri ödənişli qaydada 
Abunəçinin vəsaiti hesabına həyata keçirilir. Son avadanlığın təmiri mümkün olmadıqda, son 
avadanlıq yenisi ilə əvəz edilmir.
 
5. Dayandırılmış xidmətin abunəçinin müraciəti əsasında bərpası (“Bərpa əməliyyatı”)
5.1  Bərpa əməliyyatı üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən 
sənədlə xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya “Sazz” veb saytının dəstək bölməsi 
vasitəsilə müraciət  edə bilər.
5.2.  Bərpa əməliyyatı üçün abunəçinin ünvanında texniki dəstəyin göstərilməsinə ehtiyac olmazsa,
 abunəçi tərəfindən yalnız abunə haqqı ödənildikdən sonra xidmət bərpa edilir. 
5.3 Bərpa əməliyyatına dair müraciət qəbul olunduqdan sonra aparılan araşdırma nəticəsində aşkar 
edilsə ki, bərpa əməliyyatı üçün texniki heyət abunəçinin ünvanında müvafiq işlər aparmalıdır, bu 
məqsədilə texniki heyətin çağırışı və (və ya) texniki heyətin çağırışı kabel çəkilməsi üçün 
27.01.2024-ci il tarixindən etibarən ödənişsizdir.
5.4.   Əgər bərpa əməliyyatı abunəçinin ünvanında həyata keçirilirsə, o zaman abunəçi “Sazz”in 
texniki heyətinə öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
5.5   Bərpa əməliyyatı bu barədə müraciət “Sazz”ə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində 
həyata keçirilir. 
6.         Müvəqqəti dayandırma
6.1   Abunəçi “Sazz” tərəfindən təqdim edilən xidmətlərdən istifadəni müvəqqəti olaraq 
dayandırmaq üçün şəxsiyyətini təsdiq edən sənədlə “Sazz”in xidmət mərkəzləri, 
həmçinin əlaqə mərkəzi və ya “Sazz” saytının dəstək bölməsi vasitəsilə müraciət  edə bilər.
6.2  Xidmətlərin müvəqqəti dayandırma müddəti ən azı 1 (bir) ay, ən çoxu isə 4 ay müddəti üçün ola 
bilər.
6.3  Xidmətlərin müvəqqəti dayandırılması üçün haqq aylıq 1 (bir) manat təşkil edir.
7.         Xidmətlərin ləğv edilməsi
7.1.  Müqaviləyə xitam verildikdə, Müqavilənin 11.4-cü maddəsinə əsasən “Sazz” tərəfindən 
Abunəçinin istifadəsinə verilmiş avadanlıqlar “Sazz”in www.Sazz.az ünvanlı rəsmi internet
səhifəsində müəyyən edilən Qaydalara uyğun olaraq, Müqaviləyə xitam verilməsi tarixindən sonra
20 (iyirmi) təqvim günü ərzində Abunəçi tərəfindən “Sazz”ə qaytarılmalıdır və ya bu öhdəliyi 
pozduğuna görə, avadanlıqların qaytarılması üçün müəyyən edilmiş 20 (iyirmi) təqvim günündən 
ibarət müddət bitdikdən sonrakı 5 (beş) təqvim günü ərzində Qaydalara əsasən müəyyən edilmiş 
məbləğdə Abunəçi tərəfindən “Sazz”ə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyini
icra etmədikdə, “Sazz” Abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün 
qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir.
    
content image

Qeyd: Abunəçiyə istifadə müddəti ərzində müxtəlif səbəblərdən yenidən istifadə üçün avadanlıq
təqdim olunarsa, abunəçi tərəfindən müqaviləyə xitam verildiyi zaman abunəçi, avadanlığın 
amortizasiya cədvəlinə uyğun müəyyən edilmiş cərimə məbləğinin 50 faizini ödəməlidir. Bu müddət 
avadanlıq təqdim olunan tarixdən hesablanır.
 
8.         Kampaniyalardan istifadə
Abunəçi eyni zamanda yalnız bir kampaniyanın istifadəçisi ola bilər. 
    
BİZİMLƏ ƏLAQƏ
Qaynar xətt
191